İranda koronavirusa yoluxanların sayı 340 mini keçib

Oxunma sayı: 215
Dünya       15 Avqust 2020, 16:30
İranda koronavirusa yoluxanların     sayı 340 mini keçib

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

İranda ötən sutka ərzində daha 2 245 nəfər koronavirusa (COVID 19) yoluxub.

 

Azmedia.az  bildirir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

Beləliklə, İranda indiyədək bu virusa yoluxanların sayı 341 070 nəfərə yüksəlib. Virus daşıyıcılarından 3 911 nəfərin vəziyyəti ağırdır.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 161 nəfər koronavirusdan ölüb. Bununla da İranda bu virusdan ölənlərin sayı 19 492 nəfərə çatıb.

Sadat Lari əlavə edib ki, İranda indiyədək 295 630 nəfər koronavirusdan sağalıb.

Sadat Lari qeyd edib ki, İranın Mazandaran, Tehran, Qum, Gülüstan, Şimali Xorasan, Ərdəbil, İsfahan, Əlborz, Rəzəvi Xorasanı, Kirman, Simnan, Şərqi Azərbaycan, Mərkəzi, Yəzd və Gilan vilayətləri qırmızı zonalar hesab olunurlar.

İranda indiyədək 2,83 milyondan çox diaqnoz testi həyata keçirilib.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar