Ətrafa üfunət iyi yayan zibillik təmizləndi

Oxunma sayı: 203
Cəmiyyət       15 Avqust 2020, 16:50
Ətrafa üfunət iyi yayan zibillik təmizləndi

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Binəqədi rayonu G.Ramazanov küçəsində məişət tullantılarının qalaqlanması və ətrafa pis qoxunun yayılması ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb. 

 

Azmedia.az  xəbər verir ki, bunu Xidmətin rəis müavini Bəhruz Məhəmmədov bildirib.

 

O qeyd edib ki, əraziyə keçirilən baxış zamanı zibil qutularının olmaması səbəbindən tullantıların pərakəndə şəkildə ətrafa atıldığı və qanunvericiliyə uyğun idarə olunmadığı müəyyən edilib. 

 

“Xidmətin əməkdaşlarının nəzarəti altında Binəqədi rayon MKTB-nin əməkdaşları tərəfindən ərazi tullantılardan təmizlənib və əraziyə zibil konteynerləri yerləşdirilib”.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar