Azərbaycanda koronavirusa yoluxanların sayı yenidən azaldı

Oxunma sayı: 428
Ölkə       15 Avqust 2020, 17:16
Azərbaycanda koronavirusa yoluxanların sayı yenidən azaldı

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 89 yeni yoluxma faktı qeydə alınıb, 207 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  Azmedia.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 34 107 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 31 697 nəfər müalicə olunaraq sağalıb, 506 nəfər vəfat edib, aktiv xəstə sayı 1 904 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 041, ötən müddət ərzində isə ümumilikdə 826 043 test aparılıb.

 

Qeyd edək ki, ötən gün 103 yeni yoluxma faktı qeydə alınmış, 221 nəfər müalicə olunaraq sağalmış, 4 nəfər vəfat etmişdi.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar