Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin Gürcüstan sahəsində infrastruktur işləri başa çatmaq üzrədir

Oxunma sayı: 183
İqtisadiyyat       15 Avqust 2020, 18:00
Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin Gürcüstan sahəsində infrastruktur işləri başa çatmaq üzrədir

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin Gürcüstan sahəsində infrastruktur işləri aktiv rejimdə davam edir və yekun mərhələyə yaxınlaşır.

 

Azmedia.az  xəbər verir ki, bu barədə Trend-ə layihənin Gürcüstan administrasiyasından bildiriblər.

 

Məlumata əsasən, hazırda quraşdırılmış siqnalizasiya, mərkəzləşdirmə və bloklama sisteminin sınaqları keçirilir.

 

Qeyd olunur ki, Gürcüstan sahəsində təhlükəsizlik norma və standartlarına uyğunlaşdırma üzrə tədbirlər görülür: "Biz soyuqların düşməsinədək işləri bitirmək üçün maksumum güclə işləyirik".

 

Qeyd edək ki, dəmiryolunun Gürcüstan sahəsində iritonnajlı konteynerlərin boşaldılması üçün 46 ton yükqaldırma qabiliyyətinə malik kranla təchiz olunmuş mexaniki məntəqə yaradılıb.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar