Təcili xəbər: Erməni komandir Azərbaycana əsir düşdü

Oxunma sayı: 2056
Ölkə       23 Avqust 2020, 21:27
Təcili xəbər:           Erməni komandir Azərbaycana əsir düşdü

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Avqustun 23-də saat 05:45 radələrində cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərib.

 

Müdafiə Nazirliyindən Azmedia.az-a verilən xəbərə görə, cəbhənin bu istiqamətdə yerləşən Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən itki verərək geri çəkilməyə məcbur edilib. 

 

Döyüş zamanı erməni diversiya qrupunun komandiri, ilkin dindirməyə görə baş leytenant Qurgin Alberyan, əsir götürülüb.

 

Bir daha bildiririk ki, cəbhədə vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət bilavasitə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar