Astarada ictimai nəqliyyat və velosipedçilərlə bağlı reyd keçirilib - FOTO

Oxunma sayı: 561
Ölkə       25 Avqust 2020, 11:51
Astarada ictimai nəqliyyat və velosipedçilərlə bağlı reyd keçirilib     - FOTO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin əməkdaşları ictimai nəqliyyatda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslərlə bağlı reyd keçiriblər.

 

Azmedia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

Bildirilir ki, Astara rayonu daxilində sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində keçirilən reyd zamanı bəzi sürücü və sərnişinlərin tibbi maskadan istifadə etmədikləri aşkarlanıb.

 

Onlarla profilaktik söhbətlər aparılıb və tibbi maskalardan istifadənin zəruriliyi diqqətə çatdırılıb.

 

Eyni zamanda avtomobil yollarında hərəkət edərək qəza şəraiti yaradan velosipedçilər də saxlanılıb.

 

Onlarla aparılan söhbət zamanı bu formada hərəkət etmələrinin həm özləri, həm də digər hərəkət iştirakçılarının həyatı üçün təhlükəli olduğu bildirilib.

 

Qaydalara əməl etməyən velosipedçilər barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb, cərimə protokolları tərtib olunub.

Fotoları təqdim edirik
Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar