"Koronavirusun ikinci dalğası Azərbaycanda oktyabrın ortalarına təsadüf edəcək"

Oxunma sayı: 323
Ölkə       15 Sentyabr 2020, 21:01
"Koronavirusun ikinci dalğası Azərbaycanda oktyabrın ortalarına təsadüf edəcək"

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Dünyada koronavirus pandemiyası ilə bağlı vəziyyət ürəkaçan deyil. Artıq yoluxanların sayı 30 milyona, COVID-19-dan ölənlərin sayı 1 milyona çatmaqdadır. Son zamanlar qadağaların əksəriyyətini aradan götürmüş Avropa ölkələrində yoluxmaların sayı artdığından bəzi yerlərdə yenidən qadağa tədbirləri görməyə başlayıblar. Qonşu Türkiyədə də, Gürcüstanda da yoluxmaların sayı artmaqdadır və bu səbəbdən yenidən qadağalar tətbiq olunmağa başlanılıb.
 
 
Bunu nəzərə alan azərbaycanlı ekspertlər də artıq həyəcan təbili çalmağa başlayıblar. TƏBİB Elmi Komitəsinin sədri, professor Akif Qurbanov da bildirdi ki, ölkəmizdə karantin yenidən sərtləşdirilə bilər.
 
 
Tanınmış həkim-farmakoloq Müşfiq Hüseynov Dominant.az-a müsahibəsində mövzu ilə bağlı ətraflı danışıb, əhaliyə bir sıra məsləhətlər verib.
 
 
Müsahibimizin fikrincə, pandemiyanın ikinci dalğası ölkəmizdə gələn ay gözlənilir:
 
 
"Mütəxəssislər və dünyanın aparıcı epidemioloqları hələ aprel ayında ehtimal olunan ikinci dalğanın payız ayına təsadüf edəcəyini təxmin edirdilər. Artıq bunu İtlaiya, Fransa, İspaniya, İsrail, Ukrayna və Türkiyə, Gürcüstan kimi qonşu ölkələrdə görürük. Bəzilərində hava məkanı qapadılıb, turist qəbulu dayandırılıb, bəzilərində məhdudiyyətlər tətbiq olunub. Bizdə pandemiyanın elementləri Avropadan, təxminən 1 ay sonra başladı. Azərbaycanda ikinci dalğanın oktyabrın ortalarına təsadüf edəcəyi təxmin edilir. İkinci dalğanın gücünün birincidən daha dağıdıcı olması ehtimalı da güclüdür".
 
 
M.Hüseynovun sözlərinə görə, əgər Avropa ölkələrində ikinci dalğa haqqında əminliklə danışmaq olardısa, Azərbaycanda buna tam əmin olmaq mümkün deyil. Müsahibimiz bunun səbəblərini də açıqlayıb:
 
 
"Birincisi, dünyanın heç bir ölkəsində Azərbaycan kimi 6 ay davam edən karantin rejimi tətbiq olunmadı. Hər yerdə həyat normal axarına düşdü, sadəcə insanlar özlərini qoruyur. Məsələn 2 həftə əvvəl İstanbul səfərimdə diqqət yetirdim, 20 milyonluq meqapolisdə 3-4 maskasız adam gördüm. Həyat davam edir, sadəcə insanlar öz sağlamlıqlarının qayğısına özləri qalır. Amma bizdə uzun müddət yasaqlar qaldı, bəzi yasaqlar hələ də qalıb. Ona görə də Azərbaycanda ikinci dalğa olacaqmı, olacaqsa nə vaxt olacaq, bunu heç kim dəqiq deyə bilməz. Ancaq təxmin edilə bilər.
 
 
İkincisi, bizdə statistika adına, ümumiyyətlə heç nə aparılmadı. Məsələn, fikrimcə, əhalinin çox hissəsi evdə müalicə oldu, bu sayı heç kim bilmir. Apteklərdə may-iyul aylarında artan satış rəqəmləri isə bu sayın xəstəxanalara gedənlərdən çox olmasına əminliklə deyir. Tamamilə mümkündür ki, əhalinin yarısı artıq virusu bu və ya digər vəziyyətdə keçirib".
 
 
Həkim "İkinci dalğa olacaqmı?" sualımızı belə cavablandırıb:
 
 
"Çox böyük ehtimalla olacaq. Amma düşünürəm ki, birinci dalğadan heç nə ilə fərqlənməyəcək və yenə saylarla manipulyasiya ediləcək. Bu gün say, məsələn, 150-dirsə, sabah gündəlik test sayını 4 qatına artısaq, say 600 olacaq".
 
 
Farmakoloq, "İkinci dalğadan, həmçinin mövsümi xəstəliklərdən necə qorunaq?" sualımıza da aydınlıq gətirib:
 
 
"Artıq payız gəlib. Havalar dəyişkəndir, 35 dərəcə rütubətli isti, bir saat içində buludlu sərin havaya dönə bilir. Kəskin hava dəyişməsi tərləmə-soyuqlamaya gətirir. Payız aylarında mövsümi standart yuxarı tənəffüs yolları xəstəliklərin artması normaldır, zökəmlərin, tonzillit, angina, rinit və virus qriplərin yayılması zamanıdır. Hər öskürəkdə, hər qızdırma halında qəti şəkildə panikaya düşmək lazım deyil. Gigiyenik qaydalara əməl etməklə bunların öhdəsindən çox rahat gələ bilərsiz. Səhər və axşam vaxtları mümkün qədər çox havada olun, kəskin hərəkətlə və idman yarışları zamanı ehtiyatlı olun. Praktika göstərir ki, belə hallar sonrası bədən temperatururun dəyişməsi bu tip xəstəliklərə təkan verir. Xüsusilə axşam vaxtları kondisionerdən istifadə etmək də məsləhət deyil, axşamlar hava kifayət qədər sərin olur. Bundan başqa, qidalanma da çox önəmlidir. Gündəlik menyunuza mütləq sulu yeməklər, soğan, acı bibər, göyərti və səbzələr daxil edin. Ayın sonlarına doğru kompleks vitaminlər qəbul etmək də faydalıdır".
 
 
"Sərtləşdirilmiş karantin rejimi yenidən tətbiq olunmalıdırmı?" - sualımıza isə həmphbətimiz belə cavab verib:
 
 
"Biz yenicə sərt rejimdən çıxmışıq, rayonlara gediş gəliş 7-8 gündür açılıb. Yenidən qapanmağa nə gərək var? Operativ Qərargah çox yanlış qərarlar verdi. Əgər sart karantin iyulun 2-si bitsəydi, mən qəti şəkildə deyərdim ki, oktyabr sonu, noyabrda yenidən 2 həftəlik uqapanmaya gedək, amma olmadı. Ona görə də, bu saatdan sonra hansısa sərt rejim tətbiqi heç nəyi dəyişməyəcək. Nəzərə alsaq ki, 1 ay sonra yağışlar başlayacaq və hava soyuyacaq, insanların təbii olaraq küçəyə çıxma zamanı da azalacaq. Əhalinin çox hissəsinin evdə oturacağına görə, küçəyə çıxma qadağasının nə mənası.
 
 
Şəxsi fikrim isə belədir. Yaslara qadağa il sonuna kimi davam etməli, toylar ailə içi olmaqla, 2 saatlıq, uzağı 50-60 adamlıq keçirilməsinə icazə verilməli, qapalı məkanlarda maska taxma yasağı qalmaq şərtilə həyatımıza davam etməliyik. Virus hücumunun hələ 1 il davam etməsi ehtimalı çox güclüdür, karantin bir il davam edə bilməz. Buna nə insanlar, nə büdcə, nə də iqtisadiyyat davam etməz. Deməli, virusla “dinc yanaşı” yaşamağı öyrənməliyik.
 
 
Hökumətin resursları limitlidir, yeni bir partlama halında Operativ Qırargah qapanmaya getməyə məcbur edəcək".
 
 
"Hər kəsə məsələhətim, sağlamlığınızı riskə atmayın. Təhlükəli yerlərdə maska taxıb, gigiyenjk qaydalara əməl edib, özünüzü qoruyun. Əks halda yenidən iki ay, bəlkə də il sonuna kimi davam edən sərt karantin rejiminə məcbur gediləcək. Sizi bilmirəm, mən sərt rejimindən yorulmuşam, evə qapanmaqdansa, maska ilə gəzməyi tərcih edirəm", - deyə M.Hüseynov vurğulayıb.
Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar