Şok: Şəmkirdə qəribə varlıqlar yanğın törədir?

Oxunma sayı: 381
Ölkə       15 Sentyabr 2020, 23:15
Şok: Şəmkirdə qəribə varlıqlar yanğın törədir?

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Şəmkirin Zəyəm Cırdaxan kəndinin sakinləri artıq 10 gündür təşviş içərisindədirlər. Buna səbəb kənddə gecələr evlərə, tövlələrə od vurulmasıdır.

 

Azmedia.az xəbər verir ki, bu barədə Virtualaz.org-a kənd sakinlərindən biri məlumat verib.

 

Onun sözlərinə görə, kənd hazırda polis nəzarətindədir, son bir neçə gündə yanğın qeydə alınmayıb. Buna baxmayaraq sakinlər gecələr yatmırlar, növbə çəkirlər. Hadisəni törədən şəxs və ya şəxslər isə tutulmayıb.

 

“Bizim kəndin 10 min əhalisi var. Qəribədir ki, yanğınlar müxtəlif ərazilərdə, kəndin girişində, ortasında, yuxarı ərazidə olub. Sakinlərin qış üçün ot tədarükü yandırılıb, elə ot tayalarına nə qədər pul verilmişdi. Doğrusu, hərə bir fərziyə irəli sürür, hətta hadisənin qəribə məxluqlar tərəfindən törədildiyinə inananlar da var. Deyirlər ki, bir neçə nəfərin evi yandırılıb. Polislər araşdırma aparırlar, gecələr ərazilərdə gəzib nəzarət edirlər”,- sakin deyib.

 

Onun bildirdiyinə görə, əvvəllər nə Zəyəm Cırdaxan, nə də yaxın kəndlərdə bu cür hadisələr olmayıb. Hadisənin gecələr törədilməsi kəndlilər arasında qorxu yaradıb. Şəmkir Rayon İcra Hakimiyyətinin nümayəndələri də kəndə gəlib, baş verənlərlə maraqlanıblar. Təxminən 1 həftə əvvəl kənd icra nümayəndəsi də işdən çıxıb, yerinə yeni təyinat olub: «Jurnalistlər də çəkiliş etdilər. Kənd yeridir, fərziyələr dolaşdıqca kəndlilərin narahatlıqları da artır”.

 

Kimliyi bilinməyən şəxs və ya şəxslər Nargilə Əhmədovanın da həyətindəki evə və tövləyə od vurublar. “Gecə təxminən saat iki olardı. Nəvəm məni yuxudan oyatdı ki, evimiz yanır. Baxdım ki, evin yol tərəfdəki hissəsi alovlanıb. Həyətdə tövlə və kiçik daxma da vardı, hamısı yandı. İçərisindəki un və taxılın hamısı kül oldu. Bu, artıq kənddə dördüncü yanğın hadisəsidir”, – deyə o əlavə edib.

 

Sakinlər deyirlər ki, son vaxtlar ayrı-ayrı günlərdə kənddə 4 evə, həmçinin bir neçə tövlə və ot tayasına od vurulub.

 

Kəndin yeni icra nümayəndəsi İsmayıl Burciyev bildirib ki, hazırda araşdırma gedir.

 

“Evlər yox, 2-3 əl damı, tövlələr, ot tayaları yandırılıb. 10 gündür yanğın yoxdur, sakitçilikdir. Amma kənd yeridir, bir az şıqqıltı olan kimi sakinlər təşvişə düşürlər, narahat olurlar”,-icra nümayəndəsi bildirib.

 

İcra nümayəndəsi yanğın nəticəsində dəymiş zərərin həcmindən xəbərsiz olduğunu bildirib.

 

Şəmkir Rayon İcra Hakimiyyətindən məsələyə münasibət bildirməyiblər.

 

Ərazi üzrə polis bölməsindən isə deyiblər ki, kəndə nəzarət edilir, hələlik saxlanılan yoxdur:

 

 

“Konkret neçə evin, tövlənin yandırıldığından məlumatsızam. Amma hazırda kənddə nəzarət var”.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar