Külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarıldı - VİDEO

Oxunma sayı: 446
Kriminal       16 Sentyabr 2020, 12:03
Külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarıldı     - VİDEO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Oğuzda külli miqdarda narkotik maddə qanunsuz dövriyyədən çıxarılıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavasitə tabe olan Qərb Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Oğuz rayon Bayan kənd sakini, əvvəllər məhkum olunmuş Elşad Cabbarov saxlanılıb. Ona məxsus fərdi yaşayış evinə keçirilən baxış zamanı, yardımçı tikilidən 1kiloqram 600 qram çəkidə narkotik vasitə olan, qurudulmuş marixuana aşkar edilərək götürülüb.

 

Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində rayonun Otmanlı adlanan bağının ərazisində 232 ədəd ümumi çəkisi 6 kq 400 qr olan xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə - Kannabis bitkiləri və 48 kq 200 qr qurudulmuş marixuana aşkar edilərək götürülüb.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

 

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar