“Kamaz” sürücüsü sükan arxasında vəfat etdi

Oxunma sayı: 324
Hadisə       16 Sentyabr 2020, 13:14
“Kamaz” sürücüsü sükan arxasında vəfat etdi

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Qaxda sürücü sükan arxasında dünyasını dəyişib.

 

Azmedia.az qafqazinfo-ya istinadən bildirir ki, hadisə ötən gün axşam saatlarında qeydə alınıb. Rayonun Qaxingiloy kənd sakini Poladaşvili Givi Qriqoroviç idarə etdiyi "Kamaz" markalı yük avtomobili ilə hərəkətdə olarkən halı pisləşib və avtomobili söndürüb.

 

Hadisə yerinə Qax Rayon Xəstəxanasından təcili tibbi yardım maşını çağırılıb. Lakin sürücünün həyatını xilas etmək mümkün olmayıb. 

 

İlkin məlumata görə, G.Poladaşvili  uzun müddət ürək-damar xəstəliyindən müalicə alıb və elə ürəktutmadan da dünyasını dəyişib.

 

Faktla bağlı araşdırma aparılır.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar