""Neftçi"yə yuxarıdan aşağı baxmaq olmaz" - Fatih Terim

Oxunma sayı: 324
İdman       16 Sentyabr 2020, 13:26
""Neftçi"yə yuxarıdan aşağı baxmaq olmaz"     - Fatih Terim

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Avropa Liqasının 2-ci təsnifat mərhələsində "Neftçi" ilə qarşılaşacaq "Qalatasaray"ın baş məşqçisi Fatih Terim oyun haqda fikirlərini bildirib.

 

Azmedia.az  qol.az-a istinadən xəbər verir ki, Türkiyə klubunun çalışdırıcısı yerli mətbuata qısa açıqlamasında "ağ-qaralar"la oyuna çox ciddi yanaşdıqlarını deyib:

 

"Neftçi"yə yuxarıdan aşağı baxmaq olmaz. Bakıya qələbə dalınca gedirik. Bu oyunun sığortası yoxdur. Səhvləri bağışlanmayacaq bir 90 dəqiqə oynayacağıq. Rəqib mərhələnin bir oyundan ibarət olmasını fürsət kimi görəcək. Səhv istəmirəm".

 

Xatırladaq ki, sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Neftçi" - "Qalatasaray" matçı saat 20:00-da start götürəcək. İstanbul təmsilçisi Bakıya bu gün gələcək.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar