Əli Əhmədovun dəbdəbəli bağ evi – O, burada Əli Həsənovu və digərlərini qəbul edirmiş

Oxunma sayı: 947
Ölkə       16 Sentyabr 2020, 21:21
Əli Əhmədovun dəbdəbəli bağ evi     – O, burada Əli Həsənovu və digərlərini qəbul edirmiş

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

"Bu gördüyünüz Buzovna qəsəbəsində (Buzovna-Maştağa yolunda) 2 hektardan çox ərazidə Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədovun malikanəsidir”.

 

Azmedia.az xəbər verir ki, bu sözləri jurnalist Həbib Müntəzir özünün sosial şəbəkə hesabında yazıb.

 

Özünü "təmiz məmur” kimi qələmə verən Əli Əhmədovun əslində kifayət qədər imkanlara və sərvətə malik olduğunu qeyd edən Həbib Müntəzir daha sonra yazır:

 

"Özü və ailəsinə aid 6-7 mənzilin olduğu ərazidə 2 ədəd hovuz mövcuddur. Yaxınlığında bacısı Şuranın da bağ evi var. Bu qədər sərvət azmış kimi, işlətdiyi fəhlələrin də pulunu vermədən, təmirdən sonra təhdid edərək qovmuş adamdır, çıxıb ədalətdən, qanundan nağıl danışır”.

 

O, eyni zamanda Əli Həsənov və digərlərinin Əli Əhmədovun sözügedən bağında tez-tez toplaşdıqlarını da vurğulayıb:

 

"İstirahət günləri ora tez-tez Əli Həsənov, Bahar Muradova, Siyavuş Novruzov, Mübariz Qurbanlı, Məzahir Pənahov, Zahid Oruc və digərləri yığışırlar. Yəqin ki, ölkəni və sizi daha necə talamaq barədə söhbətlər edirlər”.

 

Həmin bağ evinin Google Maps vasitəsilə çəkilmiş fotosunu təqdim edirik.

 

Fotoları təqdim edirik
Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar