Bakıda 50 manata görə gənci ürəyindən bıçaqlayan şəxs saxlanıldı – VİDEO

Oxunma sayı: 539
Kriminal       17 Sentyabr 2020, 10:30
Bakıda 50 manata görə gənci ürəyindən bıçaqlayan şəxs saxlanıldı –     VİDEO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Bakının Suraxanı rayonu Bülbülə qəsəbəsində ürəyindən ağır bıçaq xəsarəti alan paytaxt sakini 26 yaşlı Musayev Orxan Elçin oğlu qaynının avtomobili ilə 3 saylı şəhər xəstəxanasına gətirilib.


Azmedia.Az APA TV-yə istinadla xəbər verir ki, həkimlərin müdaxiləsinə baxmayaraq, yaralının həyatını xilas etmək mümkün olmayıb.


Dərhal araşdırmalara başlayan Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşları qətli törətməkdə şübhəli bilinən 20 yaşlı Cərullayev İmran Rasim oğlunun yerini isti izlərlə müəyyən edərək saxlayıblar.


İlkin məlumata görə, cinayəti törədən İmran Cərullayevin Orxan Musayevə 50 manat borcu olub. Cinayət də məhz bu səbəbdən baş verib.


Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.


Araşdırma aparılır.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar