Qurban Məmmədovun saxlanılması ilə bağlı DİN-dən AÇIQLAMA

Oxunma sayı: 530
Ölkə       17 Sentyabr 2020, 11:45
Qurban Məmmədovun saxlanılması ilə bağlı DİN-dən     AÇIQLAMA

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

“Azərifreedom” kanalının rəhbəri Qurban Məmmədovun Türkiyədə saxlanılması ilə bağlı xəbərlər yayılıb.

 

Bu barədə onun oğlu Qoşqar Məmmədov şəxsi “Facebook” hesabında paylaşım edib.

 

Azmedia.Az xəbər verir ki , mövzu ilə bağlı Qazet.az-a danışan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polis polkovniki Ehsan Zahidov bu barədə heç bir məlumatının olmadığını qeyd edib.

 

“Harada saxlanılıb? Mənim məlumatım yoxdur. Hələ ki, bizə bu barədə məlumat daxil olmayıb”.

 

Qeyd edək ki, bir müddət əvvəl Baş Prokurorluq Qurban Məmmədov barəsində beynəlxalq axtarışın elan edilməsinə dair müvafiq qərarlar qəbul edilməklə icra edilməsi üçün Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizlik Xidmətinə, həmçinin “İnterpol”un Milli Mərkəzi Bürosuna göndərilib.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar