İri ticarət mərkəzləri və ictimai nəqliyyat qadağası ilə bağlı AÇIQLAMA

Oxunma sayı: 954
Ölkə       17 Sentyabr 2020, 12:50
İri ticarət mərkəzləri və ictimai nəqliyyat qadağası ilə bağlı     AÇIQLAMA

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Hər həftə karantin qaydalarında yumşalmalara gedilir. Bu həftə də yumşalmaların olması gözlənilir. Bu həftə şənbə-bazar günləri ictimai nəqliyyat və iri ticarət mərkəzləri fəaliyyətini bərpa edəcək?

Azmedia.Az Sonxeber.az-a istinadla xəbər verir ki, bununla bağlı Tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl danışıb.

O bildirib ki, bununla bağlı qərarı Operativ Qərargah verir:

"İctimai nəqliyyatın şənbə-bazar günləri açılması heç bir fəsadı olmayacaq. Bu məsələdə Operativ Qərargah öz planı üzrə gedir. Heç kimi də dinləmir. Karantinin uzadılması Azərbaycanda yoluxma dinamikasından asılıdır.

Əgər yoluxanların sayında azalma davam edərsə, karantin qaydalarında yumşalma davam edəcək. Lakin yoluxma dinamikası artarsa, yenidən sərtləşməyə gedilə bilər. Yaxın günlərdə iri ticarət mərkəzlərinin açılacağını düşünmürəm. Ümumilikdə isə pandemiyanın 3-4 il davam edəcəyi gözlənilir".

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar