DİM: Bu il V qrupda keçid ballarında artım olacağı gözlənilir

Oxunma sayı: 526
Ölkə       17 Sentyabr 2020, 15:44
DİM:     Bu il V qrupda keçid ballarında artım olacağı gözlənilir

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

“Bu il keçən illə müqayisədə V qrupda keçid ballarında müəyyən qədər artım olacağı gözlənilir”. 

 

Azmedia.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin “Facebook” səhifəsində canlı yayımda Mərkəzin şöbə müdiri Natiq Əliyev bildirib. 

 

Onun sözlərinə görə, V qrup üzrə sənəd verənlərdən 11489-u abituriyent və 2597-si subbakalavr olub. 46280 nəfər I-IV qrupla yanaşı, ərizələrində V qrupu da yazıb. Qəbul qaydalarına görə, hər bir abituriyent I və IV qrupu yazanda V qrupu da yaza bilər.

 

N. Əliyevin sözlərinə görə, qabiliyyət tələb edən ixtisaslardan dizayn ixtisası üzrə 210 plan yerinə 1430 nəfər qeydiyyat keçib, 464 nəfər məqbul alıb: “Dekorativ sənət üçün 434 nəfər qeydiyyatdan keçib, 259 nəfər 90 yer üçün məqbul alıb. Bir yerə 3 nəfərə yaxın müsabiqə vəziyyəti var. Plan yerlərinin sayı 1317-dir. Yalnız memarlıq komissiyası üzrə imtahanlar davam edir. 1724 nəfər artıq ixtisas seçiminə buraxılıb. Bir yerə iki nəfərdən atıq müsabiqə vəziyyəti olacaq”.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar