Nazirin birinci müavini: “Dəyişikliklər mədəniyyət sahəsində çalışanların əməkhaqqılarına müsbət təsir edəcək”

Oxunma sayı: 332
Ölkə       17 Sentyabr 2020, 16:43
Nazirin birinci müavini:     “Dəyişikliklər mədəniyyət sahəsində çalışanların əməkhaqqılarına müsbət təsir edəcək”

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

“Mədəniyyət sahəsində yeni strateji istiqamətlər müəyyən edilib”.

 

Azmedia.az-ın məlumatına görə, bunu Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini icra edən Anar Kərimov deyib.

 

O bildirib ki, bunun həyata keçirilməsində bəzi problemlərlə üzləşilir: “Bu problemlərin bir çox hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlıdır. Bu, bizə idarəetmənin, iqtisadi modellərin tətbiq edilməsi üçün lazımdır. Sirr deyil ki, mədəniyyət sahəsində çalışan şəxslərin maddi imkanı heç də yüksək səviyyədə deyil. Dəyişikliklər bu sahədə çalışanların əməkhaqqılarına da müsbət təsir edəcək. Bu sahədə Mədəniyyət komitəsinin dəstəyini istərdik. Digər məsələlər şəffaflıqla bağlıdır. Bu sahədə şəffaflıq mütləq təmin olunmalıdır. Bu, səmərəlilik əmsalının artırılması məsələsidir. Həmçinin infrastruktur və maddi texniki bazanın təkmilləşdirilməsi məsələsi də var. Bunun inkişafı üçün səylər davam etdirilir. İnsan kapitalının gücləndirilməsi sahəsində də problemlər var”.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar