Kiyevdə bazarda əməliyyat: azərbaycanlılar da saxlanıldı -VİDEO

Oxunma sayı: 698
Hadisə       17 Sentyabr 2020, 19:55
Kiyevdə bazarda əməliyyat: azərbaycanlılar da saxlanıldı    -VİDEO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Ukraynanın təhlükəsizlik qüvvələri Kiyevdə azərbaycanlıların da işlədiyi “Stoliçnıy” bazarında əməliyyat keçirib.

 

Azmedia.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, 150-dən çox bazar işçisinin yoxlanıldığı əməliyyat zamanı miqrasiya qanunvericiliyini pozan 18 nəfər saxlanılıb. Onlar Azərbaycan, Özbəkistan və digər ölkələrin vətəndaşlarıdır.

 

“15 əcnəbi vətəndaş Ukraynanın İnzibati Xətalar Məcəlləsinin 203-cü maddəsi ilə mühakimə olunublar. Onlardan 6-sı ölkədən deportasiya olunacaq. 3 əcnəbilər üçün müvəqqəti saxlama mərkəzinə köçürüləcək”, - deyə Ukraynanın Dövlət Sərhəd Xidmətinin məlumatında deyilir.

 

Saxlanılanların bir qismi isə 75 min qrivendən çox cərimələniblər.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar