Nazir deputatın bacısı qızına yeni vəzifə verdi - FOTO

Oxunma sayı: 354
Cəmiyyət       18 Sentyabr 2020, 00:49
Nazir deputatın bacısı qızına yeni vəzifə verdi    - FOTO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə sədr müavini təyin edilib. 

 

Azmedia.az “Report”a istinadla xəbər verir ki, bu, Leyla Məmmədovadır.

 

O, bundan sonra Seymur Mövlayevin müavini vəzifəsində çalışacaq.

 

Qeyd edək ki, həm S.Mövlayev, həm də Leyla Məmmədova “ASAN-Xidmət”də vaxtı ilə işləyiblər.

 

Xatırladaq ki, L.Məmmədova bu ilin mart ayına qədər KTN-nin tabelyində olan “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyəti sədri olub. Mart ayında isə nazir İnam Kərimov onu vəzifədən çıxarıb. Yerinə isə KTN-nin aparat rəhbəri Aqil Quliyev gətirilib.

SEYMUR MÖVLAYEV, AQİL QULİYEV və LEYLA MƏMMƏDOVA

 

Həmin vaxt nazir L.Məmmədovanı işsiz qoymayıb. O, digər əmrlə Aqil Quliyevin ASC-də müavini təyin olunuib.

 

Qeyd edək ki, L.Məmmədova deputat Məlahət İbrahimqızının  bacısı qızıdır.

 

Yeri gəlmşkən,  Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyinin (AXA) sədri, ixtisasca regionşünas Seymur Mövlayev bu ilin sentyabrın əvvəlində Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədri təyin olunub.

 

Yəni o, təxminən 15 gün əvvəl bu vəzifədə Mirzə Əliyevi əvəz edib.

 

Nazirin digər əmrilə isə AKİA-nın keçmiş sədri Mirzə Əliyev AXA-nın rəhbəri vəzifəsinə təyinat alıb.

 

Mia.az

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar