Hava küləkli olacaq

Oxunma sayı: 424
Hava       18 Sentyabr 2020, 13:45
Hava küləkli olacaq

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Sabahın hava proqnozu açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Azmedia.az-a verilən məlumata görə, sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi əsəcək, günün ikinci yarısında güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu Abşeron yarımadasında gecə 19-21, gündüz  24-27, Bakıda gecə 19-21, gündüz 24-26 dərəcə isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət  gecə 60-70, gündüz 40-45 faiz  olacaq.  

 

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir  güclü olacaq.

 

Havanın temperaturu  gecə 17-21, gündüz 28-33, dağlarda gecə 7-12, gündüz  14-18 dərəcə  isti olacaq.   

 

Tibbi-meteoroloji proqnoz:

Sentyabrın 19-da gündüz Abşeron yarımadasında qısamüddətli xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar