Bərdədə qadından şantaj yolu ilə pul tələb edən şəxs saxlanılıb

Oxunma sayı: 516
Hadisə       18 Sentyabr 2020, 14:09
Bərdədə qadından şantaj yolu ilə     pul tələb edən şəxs saxlanılıb

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Bərdə Rayon Polis Şöbəsinə bu il avqustun 23-də rayon sakini olan bir qızın video və şəkillərinin sosial şəbəkədə yayılacağı ilə hədələnərək ondan 1000 manat pul tələb edilməsi barədə müraciət daxil olub.

 

Azmedia.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə bildirir ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Hüseynbəyli kənd sakini C.Qasımov müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar