Bu şəxslərin koronavirusa yoluxma riski 5 dəfə azdır

Oxunma sayı: 691
Ölkə       23 Sentyabr 2020, 08:46
Bu şəxslərin koronavirusa yoluxma riski 5 dəfə azdır

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Eynək taxmaq koronavirus infeksiyasına yoluxma riskini 5 dəfə azaldır.

 

Azmedia.az qafqazinfo-ya istinadən xəbər verir ki, belə bir qənaətə Çinin Nançan universitetinin alimləri gəlib.

 

Mütəxəssislərin araşdırmalarına görə, eynək taxan insanlar digərləri ilə müqayisədə Covid-19-a daha az yoluxurlar. Bu isə həmin şəxslərin əllə gözlərinə toxunmaması, bununla da infeksiyaya selikli qişa vasitəsilə yoluxma riskinin azalması ilə əlaqəlidir.

 

Araşdırmalara görə, gözlərdə SARS-COV-2 virusunun orqanizmə daxil olmasına şərait yaradan ACE-2 reseptoru var. Bu səbəbdən koronavirusa yoluxanların təxminən 12%-nin gözləri şişir və qızarır.

 

Alimlər bu səbəbdən insanlara tez-tez əllərini yumaqla yanaşı, gözlərinin qorunmasına daha çox diqqət ayırmağı məsləhət görür.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar