Bakıda kafedə qətl törədən şəxsin işi məhkəməyə göndərildi

Oxunma sayı: 602
Kriminal       23 Sentyabr 2020, 10:45
Bakıda kafedə qətl törədən şəxsin işi məhkəməyə göndərildi

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Bakıda qətl törədən şəxsin cinayət işi məhkəməyə göndərilib.

 

Azmedia.az-ın məlumatına görə, hadisə martın 12-i saat 03:30 radələrində paytaxtın Nəsimi rayon ərazisində yerləşən “Qalaltı” kafesində qeydə alınıb.

Gədəbəy rayon sakini, 1989-cu il təvəllüdlü Gəncağa İbrahimov kafedə naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilsə də onun həyatını xilas etmək mümkün olmayıb. Yaralı xəstəxanada dünyasını dəyişib.

Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Quba rayon sakini, 1984-cü il təvəllüdlü Natiq Ələkbərov saxlanılıb, bıçaq istintaqa təhvil verilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

N.Ələkbərov barədə başlanmış cinayət işinin istintaqı yekunlaşaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmə prosesinə hakim Mirzə Xankişiyev sədrlik edəcək.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar