Dağıstanda 6 məhkum həbsxanadan qaçıb

Oxunma sayı: 516
Dünya       23 Sentyabr 2020, 10:57
Dağıstanda 6 məhkum     həbsxanadan qaçıb

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Dağıstanda 6 məhkum cəzaçəkmə müəssisəsindən qaçıb.

 

Azmedia.az-ın xəbərinə görə, bu barədə TASS güc strukturlarındakı mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, məhkumlar Şamxal qəsəbəsində yerləşən cəzaçəkmə müəssisəsindən tunel qazaraq gecə saatlarında qaçıblar.

Məhkumlardan biri Tacikistan vətəndaşı, yerdə qalanlar Dağıstan sakinləridir.

Dörd nəfər narkotik cinayətlərinə görə, 2 nəfər isə qətlə görə uzunmüddətə azadlıqdan məhrum ediliblər.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən məhkumların axtarışları davam edir.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar