Lukaşenko Belarus prezidenti kimi vəzifəsinə başladı

Oxunma sayı: 557
Dünya       23 Sentyabr 2020, 14:21
Lukaşenko Belarus prezidenti kimi vəzifəsinə başladı

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Aleksandr Lukaşenko Belarus prezidenti kimi vəzifəsinə başlayıb. Andiçmə mərasimi hazırda “Müstəqillik Sarayı”nda baş tutur.

 

Mərasimə yüz nəfərə yaxın qonaq dəvət edilib. Onların arasında yüksək vəzifəli şəxslər, Nümayəndələr Palatasının deputatları və Respublika Şurasının üzvləri, dövlət orqanlarının və ictimai təşkilatların, yerli icra və inzibati orqanların rəhbərləri, respublika kütləvi informasiya vasitələrinin nümayəndələri, elm, mədəniyyət və idman xadimləri var.

Sağ əlini Konstitusiyaya qoyan Aleksandr Lukaşenko Belarus dilində and içib və andiçmə aktını imzalayıb.

Bundan sonra Mərkəzi Seçki Komissiyasının sədri Lidiya Yermoşina Aleksandr Lukaşenkoya Belarus Respublikası Prezidentinin vəsiqəsini təqdim edib.

Xatırladaq ki, Belarusda prezident seçkiləri avqustun 9-da keçirilib. MSK-nın məlumatına görə, seçicilərin 80,1faizi Aleksandr Lukaşenkoya səs verib. Bütövlükdə ölkədə seçici fəallığı 84,28 faiz təşkil edib.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar