Paytaxt sakinində 1 kiloqram heroin aşkarlanıb

Oxunma sayı: 509
Kriminal       23 Sentyabr 2020, 16:19
Paytaxt sakinində 1 kiloqram heroin aşkarlanıb

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini qətiyyətlə davam etdirirlər.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  Azmedia.az-a bildiriblər ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında Nəsimi rayonu ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Hüseynov tutulub.

Şəxsi axtarış zamanı ondan 1 kiloqram heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırmalar davam edir.

Fotoları təqdim edirik
Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar