Sosial şəbəkələrdə düşmənə qarşı necə mübarizə aparmalıyıq? – VİDEO

Oxunma sayı: 531
Sosial       23 Sentyabr 2020, 16:35
Sosial şəbəkələrdə düşmənə qarşı necə mübarizə aparmalıyıq?     – VİDEO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Son günlər sosial şəbəkələrdə hərbi əməliyyatlara başlamaq, sıravi vətəndaşların toplanaraq cəbhə bölgəsinə getmək, silaha sarılaraq torpaqlarımızı işğaldan azad etmək kimi çağırışlar səslənir. 

 

Baku TV xəbər verir ki, bu, bir tərəfdən Azərbaycan cəmiyyətində vətənpərvərlik hissinin yüksək səviyyədə olduğunu nümayiş etdirsə də, digər tərəfdən onun ifadə forması bir sıra narahatlıq doğurub. Çünki bu gün Ermənistan təxribatları təkcə torpaqlarımızda deyil, eyni zamanda informasiya məkanında da törədir. 

Düşmən tərəfindən azərbaycanlı adı və soyadı ilə yaradılmış yüzlərlə sosial şəbəkə hesablarından Azərbaycana qarşı informasiya müharibəsi aparan, ölkəni xaosa sürükləyən, xalqımızın və ordumuzun döyüşkən ruhuna mənfi təsir etməyə çalışan çağırışların şahidi oluruq. 

Biz, düşmənlə müharibə şəraitində olan dövlətik. Ona görə də indiki vəziyyətdə hər bir Azərbaycan vətəndaşı, xüsusilə də sosial şəbəkə istifadəçiləri çox diqqətli, ayıq-sayıq olmalı, paylaşımlarına, statuslarına diqqət yetirməlidirlər ki, ermənilər həmin məlumatlardan ordumuza, əsgərlərimizə qarşı istifadə edə bilməsinlər.

 

 

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar