Xatirə İslam: "Dərmanlar məni məhv etdi, oğluma bacı yaxud qardaş arzulayırdım"

Oxunma sayı: 737
Yerli       23 Sentyabr 2020, 22:41
Xatirə İslam:    "Dərmanlar məni məhv etdi, oğluma bacı yaxud qardaş arzulayırdım"

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Müğənni Xatirə islamın növbəti dəfə estetik əməliyyat etdirdiyi barədə sosial şəbəkələrdə məlumat yayılıb. Azmedia.az xəbər verir ki, ifaçının İstanbulun özəl klinikalarının birində plastik cərrahiyyə olunduğu iddia edilib.


X. İslam bu gün instaqramda xəstəxanadan foto paylaşaraq 8 ildir ki, mədəsindən şikayətləndiyini, bu səbəbdən müalicə olunduğunu deyib.


O, estetik iddialarına da reaksiya verib: “İnsan ağzını bağlayıb ac qalmasa, arıqlaya bilməz. İçdiyimiz su belə kökəlmə verir. Bu, qidaların süni olması və yaşayış tərzimiz, əsəb-stresslə bağlıdır.


59 kilo idim, 76-ya qalxdım. Bakıda aldığım səhv müalicə səbəbindən bu hala  düşdüm. Dərmanlar məni məhv etdi. Çünki oğlum Emilə bacı və yaxud qardaş arzulayırdım. Uğursuz bir iş oldu, kökəldim. Boşuna şişməyim özümə qaldı”.
 

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar