Obama Tvitterdə nömrəsini yaydı

Oxunma sayı: 588
Maraqlı       24 Sentyabr 2020, 00:15
Obama Tvitterdə     nömrəsini yaydı

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

ABŞ-ın keçmiş prezidenti Barak Obama Tvitter səhifəsində telefon nömrəsini paylaşaraq amerikalılardan qarşıdan gələn prezident seçkiləri haqda planları ilə bağlı ona SMS göndərmələrini istəyib.

 

Azmedia.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Obama vətəndaşların işləri və düşüncələri haqda, bu il səsvermədə necə iştirak edəcəkləri barədə danışa biləcəklərini də əlavə edib:

“Yeni nəsə sınaqdan keçirək. Əgər ABŞ ərazisində yaşayırsınızsa, mənə 773-365-9687 telefon nömrəsinə ismarıc göndərin”.

 

Obama bildirib ki, vaxtaşırı əlaqədə olacaq və qarşıdakı səsvermə ilə bağlı fikirlərini bölüşəcək.

 

Qeyd edək ki, ABŞ-da prezident sçekiləri noyabrın 3-də keçiriləcək. Növbəti müddətə prezident olmaq istəyən Donald Tramp bu seçkidə demokratların namizədi Co Baydenlə mübarizə aparacaq.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar