"Mən ölsəm nə olacaq onların AXIRI?.." - Aybəniz Haşımova GİLEYLƏNDİ

Oxunma sayı: 456
Yerli       24 Sentyabr 2020, 13:04
"Mən ölsəm nə olacaq onların AXIRI?.."     - Aybəniz Haşımova GİLEYLƏNDİ

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

"Mənim həmişə arzum olub mədəniyyətə yeni gələn insanlara, əsl istedadlara yollar açılsın. Onların ucalmaları, xalqa tanınmaları üçün imkan yaransın. Biz bunu edirimki? Nə qədər istedadlı insanlar maddi imkanı yoxdur deyə batır gedir"

Azmedia.az bildirir ki, bu sözləri Sonxeber.az-a açıqlamasında Əməkdar artist Aybəniz Haşımova tələblərindən danışarkən bildirib:

"Biz öləndən sonra nə olacaq incəsənət və mədəniyyətin axırı? Axı istedadlı insanlar xalqa tanınmalıdır.

Elə istedadlı uşaqlar görürəm ki, heyfslənirəm. Onlar pul qazansın, məşhur olsunlar deyə başqa istiqamət götürürlər. Bu artıq yolverilməzdir. Ona görə də elə insanları üzə çıxarmaq lazımdır. Televiziyalar, Mədəniyyət Nazirliyi bu işdə əziyyət çəkməli, əsl istedadlı insanlara kömək etməlidir.

Mən bu günədək tələbələrimi efirə aparıram. Mən olmasam onlar efirə çıxa bilmir. Mən ölsəm nə olacaq bəs onda? Bu uşaqlar efirə necə çıxacaq ?

Getdiyim tədbirlərdə üç mahnı oxumalıyamsa, onun ikisini tələbələrimə oxutdururam ki, heç olmasa onların ifasının xalqa tanınmasında az da olsa rolum olsun. Axı həmin uşaqlar oxuduqları 3 sətir mahnı ilə xalqın yaddaşında qalmayacaq. Mənim imkanım buna çatır. Dəfələrlə tapşırıram, xahiş də edirəm ki, onlara televiziyalarda çıxış verilsin. Kimisi sözümə görə baş üstə deyib əməl edir, adam da var ki, baş üstə deyir ama əməl etmir".

 

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar