Ekspress avtobus xətləri LƏĞV EDİLİR? - ÖZƏL AÇIQLAMA

Oxunma sayı: 177
Sosial       24 Sentyabr 2020, 13:25
Ekspress avtobus xətləri LƏĞV EDİLİR?     - ÖZƏL AÇIQLAMA

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

COVİD-19 pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə metronun fəaliyyətinin məhdudlaşdırılması, bildiyiniz kimi, ekspress xətlərin bərpası zərurətini ortaya çıxarmışdı. Sentyabrın 14-dən etibarən metronun yenidən fəaliyyətinin bərpa edilməsi ekspress marşrut xətlərinin ləğvi məsələsini yenidən gündəmə gətirdi. 

Xatırladaq ki, Bakı Nəqliyyat Agentliyinin Mətbuat katibi Mais Ağayevin həmin gün (14 sentyabr) məsələyə belə münasibət bildirmişdi: "Sərnişin axınında azalma müşahidə olunarsa, bu xətlərin fəaliyyəti dayandırılacaq".

Artıq metronun yenidən fəaliyyətə başlamasından 10 gün keçir. BNA-nın sözügedən xətlərin ləğv edilib-edilməməsi ilə bağlı monitorinqləri üçün kifayət qədər müddət ötüb.

Azmedia.az Milli.Az-a istinadən xəbər verir ki, BNA sözçüsü Mais Ağayev ekspress xətlərin ləğvinin yaxın günlər üçün gözlənilmədiyini bildirib:

"Hazırda bildiyiniz kimi ekspress xətlər fəaliyyət göstərir. Mövcud epidemioloji vəziyyət nəzərə alınaraq və vətəndaşlardan daxil olan müraciətə əsasən, hələ bu xətlərin işləməsi məqbul hesab olunur. Hələlik ekspress avtobusların bağlanması məsələsi gündəmdə deyil. Bu barədə əvvələcədən məlumat veriləcək".

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar