Mobil telefondan nə dərəcədə asılı olduğunuzu yoxlaya bilərsiniz - BU ÜSULLA

Oxunma sayı: 730
Sağlamlıq       25 Sentyabr 2020, 10:28
Mobil telefondan nə dərəcədə asılı olduğunuzu yoxlaya bilərsiniz       - BU ÜSULLA

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Azmedia.az Biolojitababat.az-a istinadən bildirir ki, mobil şəbəkənin, xüsusən də mobil cihaz dirəklərindən şüalanmanın zərərverici təsirləri ilə bağlı müzakirələr günbəgün artır. Hətta Almaniyanın Səhiyyə naziri bu problemi belə ifadə etmişdir: “Hər 3 almandan 1-i ətraf mühit xəstəsidir”.

Müqayisə üçün sərhədlərin o tayına, məs., İtaliya və İsveçrədə yaşanan analoji vəziyyətə nəzər salaq. Şəkil 1-dən bu iki ölkənin ərazisinin yüksək elektromaqnit sahəsinə məruz qalması (mW /sm2) arasında güclü fərq olduğu açıq-aşkar görünür. Bu ölkələrlə müqayisədə AFR-də yolverilən göstəricilər xeyli yüksəkdir. 

Peşə Təbabəti Federal qurumu (Berlin) 1998-ci ildə söyləmişdir: "İstifadə olunan mobil cihazların impuls mikrodalğalarının intensivliyi beynin bioelektrik aktivliyinə və immun sistemə davamlı mənfi təsir edir".

Həkimlər (prof. Vilhelm, LOR, Frankfurt) tərəfindən toxunulan daha bir məqam-tinnitusun yaranması ilə əlaqəli siqnalverici rəqəmlərdir. 210 pasiyentin (əsasən cavanlar) 49%-i ikitərəfli tinnitusdan əziyyət çəkir. Zərərçəkənlərin 68%-i telefon dirəklərinin yaxınlığında yaşayır və onların 38%-i mobil telefon istifadəsindən sonra baş ağrısı, güclü tinnitus, konsentrasiya pozulması, boynun “quruması”, başda “donuqluq” hissindən əziyyət çəkir. Hallberg/Morgan nevrologiya jurnalında (Neurology Journal Hallberg/ Morgan, yanvar, 2015) nəşr olunmuş məqaləyə əsasən, San Fransiskoda “Mobil telefonlara aid qərar” mobil telefonlardan şüalanma nəticə-sində beyin şişlərinin yaranması haqda xəbər-darlıq edir və bu təhlükəyə qarşı müvafiq davranış qaydaları irəli sürür.

TƏBİƏT MÜŞAHİDƏLƏRİ

Kim təbiətə “açıq gözlə” baxırsa, “əvvəl təbiət ölür, sonra isə insan” deyimindəki həqiqəti dərk edir.

Mobil qurğular quşların və arıların bioloji sisteminə zərər vurur (India Times 10/2017). Bu nəticə 919 tədqiqata əsaslanır!

2017-ci ilin aprelində Appell Həkimlər Birliyi federal hökümətə müraciət etmişdir ki, insan sağlamlığına təsirləri öyrənilmədən heç bir intellektual elektrik sisteminin istifadəsinə icazə verilməsin.

İNFORMASİYA DAŞIYICISI – SU

Orqanizmin 70%-i sudan ibarətdir.

Məlumdur ki, su informasiya daşıyıcısı və toplayıcısıdır. Yapon həkimi Dr. Masaru Emoto su kristallarının 10 000-dən çox fotosunu çəkmişdir. Həmin şəkillərin köməyilə o sübut edə bilmişdir ki, su həm müsbət, həm də mənfi informasiyanın və vibrasiyanın mükəmməl toplayıcısıdır. Misal üçün iki şəkil verilib. Şəkil 3-də Berlin kran suyunun Multi-Pure içməli su filtrindən keçiriləndən və Seimeiba ilə energe-tikləşdirəndən sonra çəkilmiş fotosu verilib. Şəkil 4-də isə bulaq suyunun fotosudur.

Hər iki foto (Şəkil 3 və 4) gözəl, simmetrik kristal struktura malikdir. Şəkil 5-də isə Elektrosmoqun təsiri altında mobil telefonla kontaktdan sonra suyun gözəl kristallik quruluşunun xeyli dəyişildiyini görürük.  

Elektrik sahəsinin təsiri nəticəsində suyun quruluşunun xeyli dəyişdiyini nəzərə alaraq insan orqanizmini aşağı güclü kommunikasiya kanalı kimi təsəvvür etmək olar.

Elektrik sahəsinin canlı orqanizmlərə təsirlərindən başqa həm də müəyyən olundu ki, tədqiq olunan insanın yaşından asılı olaraq  mobil telefon dalğalarının insan beyninə termiki təsiri müxtəlifdir (Şəkil 6). Məktəblilər WLAN-un qurdları (lat. Tenebrio molitor) tədqiqatı aparmışdılar (canlılar və onları əhatə edən mühit arasında qarşılıqlı əlaqələri öyrənən elm – Baubiologie Herberg, 2012, Wesel). Onlar göstərə bildilər ki, şüalanmaya məruz qalmış un qurdu sürfələri daha tez sürfədən çıxır, amma 3-6 gündən sonra məhv olurlar, şüalanmaya məruz qalmamış həşəratlar isə daha uzun müddət yaşayırlar.

MOBİL TELEFONDAN ASILILIĞIN CHECK-UP OLUNMASI

Bu üsulla mobil telefondan nə dərəcədə asılı olduğunuzu yoxlaya bilərisiniz. Aşağıda bir həftə mobil telefondan istifadə etmədikdə hansı simptomların meydana çıxa biləcəyi göstərilib.

Mobil cihazlardan asılılığı göstərən beş mühüm simptom var.

1. Əhval-ruhiyyənin dəyişkənliyi: bu vəziyyət açıq-aşkar görünən oyanıqlıqdan nəzərə çarpan aqressivliyə, depressiv əhval və hətta, depressiyaya qədər dəyişə bilər.

2. Fiziki-motor narahatlıq: xarici narahatlığın təsirindən daxili narahatlıq yaranır. İnsanlar daim narahat olur və bilmirlər ki, əlləri ilə nə etsinlər.

3. Motivasiya problemləri: insan motivasiyasız olur və boş vaxtlarını dəyərləndirə bilmir.

4. Psixovegetativ problemlər: iştahasızlıq, yuxu pozulması, həmçinin mədə-bağırsaq problemləri şəklində büruzə verir.

5. Koqnitiv problemlər: konsentrasiya və diqqət pozulmasından ibarətdir.

Bütün bu fenomenlər abstinensiya, yəni kəsilmə simptomları kimi dəyərləndirilə bilər. Bu simptomların bir gündən çox davam etməsi asılılığın olduğunu göstərir.

Son olaraq mobil telefondan istifadəyə dair bəzi praktik məqamları açıqlayaq...

Mobil telefonlardan istifadənin 10 qızıl qaydası

1. İmkan daxilində şəhər telefonlarından istifadə edin.

2. Yalnız Display tam dolduqdan sonra mobil telefondan istifadə edin.

3. Tam qəbula diqqət edin: yeraltı qarajlarda, liftlərdə və s. şüalanma artır.

4. Əvvəlcə seçimi edib sonra cihazı qulağınıza yaxınlaşdırın.

5. Mobil telefonu üstünüzdə gəzdirməyin; cihazla bədəniniz arasında məsafə saxlayın!

6. Yatdığınız otaqda Elektrosmoq olmadığından əmin olun; cihazları başınızdan azı 1 metr məsafədə qoyun; çünki DECT baza stansiyaları daim şüalanma verir.

7. Məsafəni saxlayın: Head-Set istifadə edin və ya cihazı başınızdan uzaq tutun.

8. Telefonu qulaqda qısa müddət saxlayın: 90 saniyədən bir telefonu digər qulağınıza keçirin, əks halda hematoensefalik baryerin keçiriciliyi artacaq.

9. Mobil telefonlardan mümkün qədər imtina edin; canlı ünsiyyətə üstünlük verin.

10. Ən müasir mobil telefonlar istifadə edin, çünki onların şüalanma yükü nisbətən azdır.

XÜLASƏ

Çoxsaylı tədqiqatlara əsasən qeyd etmək olar ki, elektromaqnit sahənin təsirindən cavan orqanizmlər xüsusən zədələnir. Bu həm insanlara, həm də heyvanlara eyni dərə-cədə şamil edilir. Uşaqlar və bala heyvanlar daha ciddi təhlükə ilə üzbəüzdürlər. Uşaqlar sinir sisteminin qıcıqlanması, yuxu pozulmaları, şişlər, hüceyrə quruluşunun dəyişilməsi, hormonal disbalans, tinnitus və ümumi səhhətin pisləşməsi kimi risk faktorlarından başqa, immun sisteminin zəifləməsi, diqqətsizlik və hiperaktivlikdən xüsusən əziyyət çəkirlər.  

Dr. med. Hans-Joachim Petersohn

Preventiv və holistik təbabət üzrə ekspert Almaniya kiçik və orta biznes assosiasiyasının (BVMW) sağlamlıq komissiyasının prezidenti

 

Məqalə Bioloji təbabət klinikası tərəfindən təqdim olunub.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar