Bakıda qəza şəraiti yaradan yol nişanının yeri dəyişdirildi - YENİLƏNİB + VİDEO

Oxunma sayı: 415
Sosial       25 Sentyabr 2020, 15:00
Bakıda qəza şəraiti yaradan yol nişanının yeri dəyişdirildi     - YENİLƏNİB + VİDEO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Bakının Xətai rayonunda Sarayevo küçəsi ilə Məzahir Rüstəmov küçəsinin kəsişməsində işıqforun qarşısında qoyulan yol nişanının yeri dəyişdirilib. 

 

Azmedia.az  xəbər verir ki. bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mias Ağayev məlumat verib. 

O bildirib ki, sözügedən ünvanda svetoforun görünməsinə mane yaradan hal artıq aradan qaldırılıb.

 

11:06

Bakının Xətai rayonunda Sarayevo küçəsi ilə Məzahir Rüstəmov küçəsinin kəsişməsində işıqforun düzgün quraşdırılmaması qəza şəraiti yaradır.

Bununla bağlı lentə alınan videogörüntü oxu.az-ın redaksiyasına göndərilib. 

Sözügedən küçələrin kəsişməsində sol tərəfdə “baş yol” nişanı qoyulub. Nişanın arxasında isə işıqfor var. Uzaqdan gələn sürücü heç bir halda yol nişanının arxasında işıqforun olub-olmadığını görmür.

Yalnız yolayrıcına yaxınlaşdıqdan sonra orada işıqforun olduğu görülür, bu isə qəza şəraiti yaradır.

 

 

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar