Zirədə qanunsuz balıq ovlayan saxlanıldı

Oxunma sayı: 496
Hadisə       25 Sentyabr 2020, 17:15
Zirədə qanunsuz balıq ovlayan       saxlanıldı

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Zirə qəsəbəsinin Xəzər dənizi sahilində qanunsuz balıq ovlayan şəxs saxlanılıb.

 

Azmedia.az Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə bildirir ki, bunu Xidmətin rəis müavini Bəhruz Məhəmmədov bildirib.

 

Araşdırma zamanı brakonyerin Rusiya vətəndaşı Elxan Bağırov olduğu və təbiətə 1056 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Faktla bağlı qanun pozucusu barəsində akt tərtib olunub və ondan istifadəsi qadağan olunan ov alətləri və müxtəlif növ balıqlar götürülüb.

 

B.Məhəmmədov qeyd edib ki, təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Su Nəqliyyatında Polis İdarəsinə göndərilib.

 

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar