Bakıda üç nəfəri avtomobil vurub

Oxunma sayı: 533
Qəza       25 Sentyabr 2020, 22:34
Bakıda üç nəfəri     avtomobil vurub

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Paytaxtın ayrı-ayrı üç rayonunun ərazisində yol nəqliyyat hadisələri baş verib.

 

Azmedia.az xəbər verir ki, hadisə Qaradağ, Nəsimi, Nərimanov rayonlarında qeydə alınıb.

 

Şamaxı-Müşfiqabad yolunun Qaradağ rayonu ərazisinə düşən hissəsində 1991-ci il təvəllüdlü Mərdanova Günel Müşfiq qızı yolu keçərkən onu maşın vurub.

 

Metronun "20 Yanvar" stansiyasının yaxınlığına yolun piyadalar üçün müəyyən edilməmiş hissəsində 1966-cı il təvəllüdlü Seyidova Şəmsiyyə Məhiyyədin qızını avtomaşın vurub.

 

Metronun "Koroğlu" stansiyasının yaxınlığında, Nərimanov rayonunda isə 1985-ci il təvəllüdlü Babayev Soltan Qurbanəli oğlu avtobus dayanacağında dayanarkən onu avtomobil vurub.

 

Yaralılar xəstəxanaya yerləşdirilib.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar