İmişli və Tərtər sakinlərindən odlu silahlar götürülüb

Oxunma sayı: 516
Hadisə       26 Sentyabr 2020, 12:30
İmişli və Tərtər sakinlərindən odlu silahlar götürülüb

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

İmişli və Tərtər  sakinlərindən sənədləri olmayan ov tüfəngləri götürülüb. 

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  Azmedia.az-a verilən məlumata görə, Laçın Rayon Polis Şöbəsindən əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində İmişli rayon sakinləri B.Qanbayevdən və A.İsmayılovdan 2 ədəd müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngləri götürülüb. 

Eyni zamanda Tərtər Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən də  keçirilən əməliyyat tədbirləri nəticəsində Rəcəbəyli kənd sakini R.Şirinovun yaşadığı evə baxış zamanı oradan müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb. 

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar