“Amrahbank”ın keçmiş sahibinin qaynının qatili müşahidə kameralarına düşüb – TƏFƏRRÜAT

Oxunma sayı: 572
Kriminal       26 Sentyabr 2020, 13:38
“Amrahbank”ın keçmiş sahibinin qaynının qatili müşahidə kameralarına düşüb     – TƏFƏRRÜAT

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Sentyabrın 24-də Bakının Nərimanov rayonunda öldürələn Tahir Tağıyevin (1948-ci il təvəllüdlü) qətli üzrə yaradılan əməliyyat-istintaq qrupunda cinayətkarın öz qurbanını gözləyərək uzun müddət pusquda oturduğunu göstərən videogörüntülər var.

 

Bu barədə  Azmedia.Az-a hüquq-mühafizə orqanlarındakı mənbələr məlumat verib.

T.Tağıyevin yaşadığı binanın blokunda quraşdırılmış videomüşahidə kamerası orta boylu, təxminən 30-40 yaşlı tibbi maska taxan şəxsin qurbanının arxasınca binaya daxil olduğunu göstərib. T.Tağıyev liftdən düşərək evinin qapısını açarla açanda qatil onu mənzilə itələyib və üç bıçaq zərbəsi endirib, həmçinin boğazını kəsib.

Xatırladaq ki, qətl cümə axşamı İbrahimpaşa Dadaşov küçəsi 57A ünvanında törədilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Üstəlik cinayətkar qətli törətdikdən sonra rayon ərazisində quraşdırılmış müşahidə kameralarında da görünməyə imkan tapıb. Bir sıra məlumatlara əsasən, hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətkarın şəxsiyyətini müəyyənləşdirmək üçün kifayət qədər məlumata sahibdirlər.

Cinayətin motivinə gəlincə, müxtəlif versiyalar üzərində düşünülür, bunlardan biri törədilmiş qətl hadisəsinin T.Tağıyevin fəaliyyət sahəsilə əlaqəli olmasıdır.

Mərhumun təqaüddə olan polis polkovniki olduğu məlumdur. Keçmişdə Nərimanov və Binəqədi rayonlarının polis idarələrində çalışıb.

Təqaüdə çıxdıqdan sonra yeznəsi Yunis İldırımzadənin ailəsinə məxsus olan, bu ilin aprel ayının sonunda ləğv olunan “Amrahbank”a işə düzəlib. Yunis İldırımzadə Xətai rayonunun keçmiş, tanınmış prokuroru Yusif İldırımzadənin qardaşıdır.

Qeyd edək ki, “Amrahbank” işində bu ilin iyul ayında aparılan yoxlamalar nəticəsində Yunis İldırımzadənin oğlu - bu maliyyə-kredit təşkilatının Müşahidə Şurasının sədri vəzifəsini tutan Ülvi saxlanılmışdı.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar