Bakıda bəzi “MilliÖN” terminalları işləmir? - AÇIQLAMA

Oxunma sayı: 433
Sosial       26 Sentyabr 2020, 14:20
Bakıda bəzi “MilliÖN” terminalları işləmir?     - AÇIQLAMA

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Paytaxtın Nərimanov rayonunda yerləşən “MilliÖN” terminalları işləmir.

 

Bu barədə məlumat sosial şəbəkədə paylaşılıb.

Qeyd olunub ki, rayonun Ağa Neymətulla və F.X.Xoyski küçələrində quraşdırılan “MilliÖN” aparatları kağız pulları qəbul etmir:

“Bununla bağlı şirkətin qaynar xəttinə müraciət etdik. Sorğumuz qeydə alınıb və əraziyə şirkətin iki əməkdaşı təhkim olunub. Lakin əməkdaşların müdaxiləsinə baxmayaraq aparatlar hələ də çalışmır. Aparatların işlək olub-olmamasına nə üçün nəzarət edilmir?”

Məsələ ilə bağlı  oxu.az-a açıqlama verən “MilliÖN” şəbəkəsinin İctimaiyyətlə Əlaqələr və Müştəri Xidmətləri İdarəsinin rəhbəri Ülviyyə Əfəndiyeva bildirib ki, sistemdə sözügedən ünvandakı aparatların fəaliyyətində heç bir problem görülmür:

“Sözügedən ünvanda quraşdırılan “MilliÖN” aparatlarında heç bir problem yoxdur. Bu gün aparatlarda ictimai nəqliyyatdan istifadə üçün edilən ödənişlər sistemə oturmur. Bunun səbəbi həftəsonu ictimai nəqliyyatın çalışmamasıdır

Lakin bir neçə gün öncə sistem üzrə “MilliÖN” aparatlarında bəzi texniki problemlər müşahidə olunub. Bu xüsusilə də qəpik ödənişləri ilə bağlı olub. Bütün “MilliÖN” aparatlarında yox, bəzilərində bu cür çətinliklər yaşanır. Məsələdən texniki departamentin xəbəri var və çətinliyin aradan qaldırılması üçün tədbirlər görülür”.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar