Dağıstanda yaşayan Azərbaycan vətəndaşı atasını öldürməkdə şübhəli bilinir

Oxunma sayı: 553
Kriminal       27 Sentyabr 2020, 00:15
Dağıstanda yaşayan Azərbaycan vətəndaşı     atasını öldürməkdə şübhəli bilinir

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Dağıstanda Azərbaycan vətəndaşı barəsində cinayət işi açılıb. 

 

Azmedia.az “RİA Dagestan”a istinadən xəbər verir ki, bu barədə yerli İstintaq İdarəsi məlumat yayıb.

 

İttihama görə, sentyabrın 25-də Dağıstanın Xasavyurt şəhərində kirayədə yaşayan 59 yaşlı kişi münaqişə zəminində oğlu tərəfindən öldürülüb: “Oğul atasına əllərilə çoxsaylı həyatı təhlükəli zərbələr endirdikdən sonra onu naməlum bir əşyadan istifadə edərək boğub”. 

 

Şübhəli saxlanılıb, ona qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci (qətl) maddəsinin 1-ci hissəsinə əsasən cinayət işi açılıb. 

 

APA-nın Sumqayıt bürosunun əldə etdiyi məlumata görə, hadisəni törədən şəxs Sumqayıt şəhər sakini Etibar adlı şəxsdir. Qətlə yetirilən atanın adı isə Cahiddir.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar