Şellak həvəskarlarına xəbərdarlıq: Xərçəng yarada bilər

Oxunma sayı: 786
Sağlamlıq       27 Sentyabr 2020, 10:15
Şellak həvəskarlarına xəbərdarlıq:     Xərçəng yarada bilər

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Dövrümüzdə xanımlar arasında şellak xüsusilə populyardır. Ancaq ultrabənövşəyi şüa ilə istifadə olunduqda dırnaq yatağında artıq mövcud olan törəmələrdə əhəmiyyətli dəyişiklik apara və onkoloji xəstəliklərə səbəb ola bilər. Buna görə də ultrabənövşəyi şüa ilə dırnaqlara tətbiq olunan laklardan istifadə etməmək tövsiyə olunur.

 

Azmedia.az-ın məlumatına görə, rusiyalı cərrah-onkoloq Mixail Myasnyankin dırnaqların vəziyyətinə görə xərçəngi müəyyən etməyin yollarından danışarkən bu barədə xəbərdarlıq edib.

Onun sözlərinə görə, bədxassəli törəmələr əsasən dırnaqaltı olur:

“Onların əsas əlaməti dırnaq yatağı nahiyəsində tünd rəngli zolaqdır. Onlar bütün dırnaq yatağını əhatə edə və ya tək-tək ola bilər”.

Həkim həmçinin bildirib ki, dırnaqların kövrəkliyinə, çatların yaranmasına və göyərmələrə fikir vermək lazımdır:

“Dırnaq lövhələrində və dırnaq yatağında elə ilk dəyişikliklər müşahidə edildikdə dərhal onkoloqla, onko-dermatoloqla əlaqə qurmaq lazımdır”.

Həkim eyni zamanda dırnaq yatağındakı dəyişikliklərin heç də həmişə bədxassəli şiş əlaməti olmadığını da vurğulayıb.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar