Dağlıq Qarabağda əhalinin çölə çıxmasına qadağa qoyulub

Oxunma sayı: 755
Siyasət       27 Sentyabr 2020, 14:16
Dağlıq Qarabağda əhalinin çölə çıxmasına qadağa qoyulub

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Azərbaycan ordusunun erməni təxribatının qarşısının alınması ilə bağlı həyata keçirdiyi əks-hücumdan qorxuya düşən qondarma rejimin “hökuməti” tərəfindən yerli əhalinin çölə çıxmamağı ilə bağlı göstəriş verilib, sığınacaqlara yığışmaları tapşırılıb.

 

Bununla yanaşı, Xankəndi şəhərində səhər saatlarında elektrik enerjisinin verilməsində məhdudiyyətlər yaranıb, həmçinin Xankəndi və Ermənistana gedən yollar əhalinin tərk edə bilməməsi üçün bağlanılıb. 

Hazırda Xankəndi şəhərinin küçələri mülki şəxslərdən tam təmizlənib və küçələrdə yalnız hərbi texnikanın intensiv hərəkəti müşahidə olunur. 

Məlumata görə, könüllülərin cəlb olunmasına qərar verilib və bu istiqamətdə işlərə başlanılıb. Xankəndi və Ermənistan arasında avtomobil nəqliyyatı ilə hərəkət tam dayandırılıb. 

Yerli əhali arasında gərginliyin yalnız rəsmi Moskvanın müdaxiləsi ilə həll oluna biləcəyi barədə söhbətlər gəzir. Xankəndi şəhərində atəş davam edir və döyüşlər artıq 5 saata yaxındır ki, əsasən cəbhə bölgəsində aparılır. Bununla yanaşı qondarma rejim “hökuməti” bu barədə ATƏT-i məlumatlandırıb.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar