Ermənilərin Naftalana atdığı top atəşi nəticəsində həlak olan ailə üzvləri dəfn edildi

Oxunma sayı: 707
Ölkə       29 Sentyabr 2020, 10:20
Ermənilərin Naftalana atdığı top atəşi nəticəsində     həlak olan ailə üzvləri dəfn edildi

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində həlak olan Naftalan sakinləri - bir ailənin beş üzvü dəfn edilib.

 

Bu barədə Report-un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşına rayon sakinləri məlumat verib.

Düşmənin növbəti dəfə toplarla atəşi nəticəsində həyatlarını itirən Elbrus Qurbanov və onun dörd ailə üzvü - Şəfayət Qurbanova, Fidan Qurbanova, Şəhriyar Qurbanov və Afaq Əmirova yaşadıqları rayonun Qaşaltı kəndində torpağa tapşırılıb.

Xatırladaq ki, sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində Azərbaycanın Naftalan rayonunun Qaşaltı kəndinin sakini 1951-ci il təvəllüdlü Elbrus Qurbanov və onun dörd ailə üzvü, 1956-cı il təvəllüdlü Şəfayət Qurbanova, 2006-cı il təvəllüdlü Fidan Qurbanova, 2007-ci il təvəllüdlü Şəhriyar Qurbanov və 1981-ci il təvəllüdlü Afaq Əmirova həlak olublar.

Qeyd edək ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar