İran rəsmisi Rusiyaya məxsus yük maşınlarının Ermənistana hərəkətinin dayandırıldığını bildirib

Oxunma sayı: 1131
Siyasət       29 Sentyabr 2020, 14:34
İran rəsmisi Rusiyaya məxsus yük maşınlarının Ermənistana hərəkətinin     dayandırıldığını bildirib

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

“Rusiya hərbi texnikasının İran İslam Respublikasının Şərqi Azərbaycan vilayəti ərazisində yerləşən Norduz sərhəd-keçid məntəqəsindən Ermənistana ötürülməsi həqiqətə uyğun deyil. Əsla belə bir şey yoxdur”. 

 

Azmedia.az  xəbər verir ki, bunu İranın Şərqi Azərbaycan vilayətinin rəhbərinin siyasi və təhlükəsizlik məsələləri üzrə müavini Əlyar Rastqu deyib.

“Son günlərdə bəzi şəxslər virtual məkanda şəkillər və videolar yayaraq, Şərqi Azərbaycan vilayətinin sərhəd-keçid məntəqələri vasitəsi ilə Rusiya hərbi texnikasının “KamAZ” yük maşınlarında Ermənistana göndərildiyini iddia ediblər, ancaq həqiqət budur ki, bu avtomobillərlə heç bir hərbi texnika daşınmayıb. Sosial şəbəkələrdə yayılan görüntülər Ermənistanın Rusiyadan aldığı və İran ərazisindən keçən yük maşınlarına aiddir. Lakin bir daha qeyd edirəm ki, həmin yük maşınlarında heç bir hərbi texnika yoxdur. Bununla belə, hər hansı anlaşılmazlığın və ya mümkün sui-istifadə hallarının qarşısının alınması məqsədilə, Rusiyaya məxsus yük maşınlarının Norduz gömrüyündən Ermənistana hərəkəti dayandırılıb. Hazırda həmin yük maşınları müvafiq və dəqiq yoxlamalar aparılması üçün Norduz gömrükxanasının dayanacağına yerləşdirilib”, - deyə İran rəsmisi vurğulayıb.

Qeyd edək ki, son sutkada Təbrizdən 190 km şimal-qərbdə yerləşən Norduz terminalından “KamAZ” yük maşınlarının Ermənistan tərəfə keçməsi ilə bağlı video və fotolar yayılıb və həmin yük maşınlarında Rusiya hərbi texnikasının Azərbaycanla döyüş bölgəsinə daşındığı iddia edilir.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar