"Real" və "Çelsi"nin sabiq futbolçusu Azərbaycan Ordusuna dəstək nümayiş etdirib - FOTO

Oxunma sayı: 890
İdman       29 Sentyabr 2020, 15:56
"Real" və "Çelsi"nin sabiq futbolçusu Azərbaycan Ordusuna dəstək nümayiş etdirib     - FOTO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

“Səbail” klubunun keçmiş futbolçusu Maykl Essyen Ermənistan silahlı qüvvələrinin işğal etdiyi əraziləri azad etmək üçün əks-hücuma keçən Azərbaycan Ordusuna dəstək nümayiş etdirib.

 

Azmedia.az  xəbər verir ki, vaxtilə “Real”, “Çelsi” kimi məşhur klubların formasını geyinmiş qanalı bununla bağlı instaqram səhifəsi vasitəsilə paylaşım edib.

Azərbaycan bayrağını paylaşan ulduz futbolçu üzərində ingilis dilində “Azərbaycan üçün dua et” yazıb və üzərinə “Qarabağ Azərbaycanındır” həştəqini yerləşdirib.

Qeyd edək ki, Maykl Essyen 2019-cu ilin martından bu ilin yayına qədər ölkəmizdə “Səbail”in formasını geyinib, eyni zamanda klubun U-19 komandasının məşqçisi olub.

Fotoları təqdim edirik
Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar