Hikmət Hacıyev: “Paşinyanın hərəkətləri Səddam Hüseynin mülki şəxslərə qarşı taktikası ilə müqayisə edilə bilər”

Oxunma sayı: 791
Siyasət       17 Oktyabr 2020, 09:35
Hikmət Hacıyev:     “Paşinyanın hərəkətləri Səddam Hüseynin mülki şəxslərə qarşı taktikası ilə müqayisə edilə bilər”

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

“Nikol Paşinyan Ermənistanın Gəncəyə SCUD ballistik raketi ilə hücumu və dinc sakinləri qətlə yetirməsi Səddam Hüseynin mülki şəxslərə qarşı tətbiq etdiyi eyni taktika və eyni raket sistemidir”.

 

Azmedia.az  xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında Ermənistan silahlı birləşmələrinin Gəncəyə raket hücumunu şərh edərkən yazıb.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri bu gecə saat 01:00 radələrində döyüş bölgəsindən tamamilə kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə raket zərbələri endirib. Nəticədə yaşayış evlərinə düşən raketlər həmin evləri tamamilə dağıdıb, sakinlər dağıntılar altında qalıb. Dağıntılar altından xəsarət almış 40-dan artıq insan və 13 nəfərin meyiti çıxarılıb.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar