Ali Baş Komandan atəşkəsin yeganə şərtini açıqladı

Oxunma sayı: 663
Siyasət       17 Oktyabr 2020, 10:50
Ali Baş Komandan atəşkəsin yeganə şərtini açıqladı

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

“Cəbrayılı istiqamətində ötən gün və bu gecə uğurlu əməliyyatlar keçirilib. Strateji yüksəkliklər götürülüb”.

 

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev AzTV telekanalı vasitəsilə xalqa müraciətində deyib.

O bildirib ki, düşmən Cəbrayılı da təslim etmək istəmirdi, amma bu gün Azərbaycan ordusu ard-arda uğurlar qazanır:

“Azərbaycan ordusu Cəbrayıl istiqamətində uğurlu əməliyyatlarla strateji yüksəklikləri tutub. Mən hadisələri qabaqlamaq istəmirəm. Bu barədə hələlik ətraflı məlumat vermək istəmirəm.

Azərbaycan xalqının qarşısında heç kim dura bilməz. Bizim ərazi bötüövlüyümüz bərpa edilir və ediləcək. Hər kəs bilsin ki, bizim qarşısımızda heç kim dura bilməz. Yırtıcı Ermənistan bizim torpaqlarımızdan çıxdıqdan sonra atəşkəs elan edilə bilər”.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar