ABŞ-da 70 ildə ilk dəfə bir qadın edam ediləcək - FOTO

Oxunma sayı: 565
Dünya       17 Oktyabr 2020, 14:50
ABŞ-da 70 ildə ilk dəfə bir qadın edam ediləcək     - FOTO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

ABŞ-da son 70 ildə ilk dəfə federal səviyyədə ölüm cəzasına məhkum edilmiş bir qadın edam ediləcək.

 

“RİA Novosti”nin məlumatına görə, bu barədə ABŞ Ədliyyə Nazirliyindən bildirilib.

Hökm dekabrın 8-də icra ediləcək. Məhkum Liza Montgomeri 2004-cü ildə hamilə bir qadının xüsusi amansızlıqla qətlində təqsirli bilinir.

Məlumata görə, həmin dövrdə hamiləliyi simulyasiya edən Liza Montqomeri öz qurbanı ilə tanış olub. Bir müddət internetdə danışdıqdan sonra onlar görüşməyə qərar veriblər. Burada cani hamilə qadını iplə boğub, sonra bətnini yararaq körpəni çıxarıb və özününkü kimi təqdim etmək istəyib. Lakin az bir müddət sonra onun cinayətinin üstü açılıb. Uşaq isə atasına qaytarılıb. Hazırda qızın 16 yaşı var.

Edam İndiana ştatında ölümcül inyeksiya ilə həyata keçiriləcək.

Fotoları təqdim edirik
Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar