Ermənistan yeni atəşkəs rejiminə əməl etmir

Oxunma sayı: 530
Siyasət       18 Oktyabr 2020, 08:00
Ermənistan yeni atəşkəs rejiminə əməl etmir

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Oktyabrın 18-də saat 00.00-dan yeni humanitar atəşkəs rejiminin elan olunmasına baxmayaraq Ermənistan silahlı qüvvələri növbəti dəfə razılaşmanı kobud surətdə pozub.

 

Azmedia.Az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, düşmən Cəbrayıl şəhərinin ətraf ərazilərini, eləcə də bu rayonun Araz çayı boyu yerləşən və işğaldan azad olunmuş kəndlərini gecə ərzində minaatan və artilleriya qurğularından atəşə tutub. Şəxsi heyət arasında itki yoxdur. Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

 

Qoşunlar bütün cəbhə boyu əlverişli hədd, əhəmiyyətli yüksəklik və mövqelərdə müvafiq fəaliyyətlər həyata keçirir.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar