Ermənilərin Ağdamı atəşə tutması nəticəsində bir nəfər yaralanıb

Oxunma sayı: 528
Siyasət       18 Oktyabr 2020, 11:30
Ermənilərin Ağdamı atəşə tutması nəticəsində bir nəfər yaralanıb

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Ermənistanın silahlı qüvvələri 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı cinayət əməllərini davam etdirir.

 

Baş Prokurorluğun mətbuat xidmətindən Azmedia.Az-a verilən məlumata görə, 17.10.2020-ci il tarixdə saat 21 radələrində düşmən tərəfin silahlı birləşmələri tərəfindən Ağdam rayonunun müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulması səbəbindən Mahrızlı kənd sakini, 1981-ci il təvəllüdlü Həsənov Ramil Kamal oğlu yaşadığı evin həyətinə top mərmisinin düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb, yaşayış evinə isə külli miqdarda ziyan dəyib. 

 

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar