İrana tətbiq edilən silah embarqosu ləğv edildi

Oxunma sayı: 816
Dünya       18 Oktyabr 2020, 13:33
İrana tətbiq edilən silah embarqosu ləğv edildi

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

BMT tərəfindən 2007-ci ildən İrana silah-sursatın idxal və ixracına qoyulan embarqo bu gün ləğv edilir.

 

Bu barədə İranın Xarici İşlər naziri Cavad Zərif “Twitter” hesabında yazıb.

“Beynəlxalq ictimaiyyət ABŞ-ın səylərinə baxmayaraq, BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsini müdafiə etdi”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, bu qətnamədə İranın nüvə silahı yaratmaq və ya əldə etmək cəhdlərindən imtina etdiyi Birgə Hərtərəfli Fəaliyyət Planının qəbul edildiyi bildirilir.

İran bundan sonra qanuni olaraq silah ala və sata biləcək.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar